AZ

Aİ bir həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri fevralın 12-si çərşənbə və fevralın 14-ü cümə günü keçiriləcək iclaslarında Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin təsdiqini yekunlaşdırmağı planlaşdırırlar.

Bu barədə tədbirlərin gündəliyində məlumat verilir.

"Rusiyanın hərəkətləri ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər haqqında Aİ Şurasının qərarı və tənzimləməsi. “Fikir mübadiləsi”",- deyə məlumatda qeyd edilib.

Cümə günü keçiriləcək iclasda artıq yeni sanksiyaların Aİ nazirlərinin təsdiqi üçün hazırlanması planlaşdırılır.

Seçilən
22
aznews.az

1Mənbələr