Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralın Püsyan kəndi (Şərur rayonu) ərazində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.
Hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib.
Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.