AZ

“Netanyahu 100 milyard dollar təzminat ödəməlidir” - Ərdoğan

“İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya dəymiş ziyana görə 100 milyard dollar təzminat ödəməlidir”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyada tələbələr qarşısında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, Qəzzada binaların demək olar ki, 80 faizi dağıdılıb. Bu ağır hesaba cavabdeh olanlar İsrail hökumətidir, bunu mütləq İsrail hökuməti və Netanyahu öz üzərinə götürməlidir:

“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi Qəzza xalqı üçün yer axtarmaq əvəzinə, 100 milyard dollar ziyanı ödəmək üçün vasitə axtarmalıdır”, - deyə Türkiyə lideri vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
11
missiya.az

10Mənbələr