Qazaxıstanın "Kayrat" klubu komandanın 16 yaşlı hücumçusu Dastan Satpayevin İngiltərə təmsilçisi "Çelsi"yə transfer olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Satpayev 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra London klubunun sıralarına qoşulacaq. Həmin vaxta qədər gənc forvard “Kayrat”da çıxışını davam etdirəcək.
2024-cü ilin mayında Satpayev 15 yaşında "Kayrat"ın əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ötən mövsüm o, 5 oyun keçirib və 1 qol vurub.