Bakı, TurkicWorld:
Ötən il Azərbaycanda neft yataqlarından 15,112 milyard kubmetr səmt qazı hasil edilib.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 milyon kubmetr və ya 0,2% çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycanda neft yataqlarından hasil edilmiş səmt qazının miqdarı 15,086 milyard kubmetr olub.
Ötən il hasil edilmiş səmt qazının 3,804 milyard kubmetri əmtəəlik qaz olub ki, bu da, illik müqaysədə 239 milyon kubmetr, yaxud da 7% çoxdur. 2023-cü ildə hasil edilmiş əmtəəlik səmt qazının həcmi 3,565 milyard kubmetr idi.
Qeyd edək ki, səmt qazı neft hasilatı zamanı neftlə birlikdə çıxan təbii qazdır. O, əsasən metan və digər yüngül karbohidrogenlərdən ibarət olur və neft yataqlarında təbii qaz-kondensat və neftlə qarışıq şəkildə mövcud olur.
Əmtəəlik isə əvvəlcə kommersiya məqsədi daşımayan bir məhsulun bazar qaydalarına uyğun olaraq mal və ya xidmətə çevrilməsi prosesidir.