AZ

"Yeni iş qrafiki əlilliyi olan şəxslər üçün daha rahat iş imkanları yaradacaq" - QHT sədri

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi yeni, dəyişkən qrafik əsasında təşkil ediləcək.

"Bu yenilik təkcə şəhərdə nəqliyyat axınının tənzimlənməsinə deyil, həm də əlilliyi olan şəxslərin iş və sosial həyatına müsbət təsir edə bilər".

Bu sözləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni iş qrafiki əlilliyi olan şəxslər üçün daha rahat iş imkanları yaradacaq:

"Tıxacların azalması ictimai nəqliyyatdan və eləcə də fərdi nəqliyyatdan istifadə edən əlilliyi olan şəxslər üçün daha rahat və təhlükəsiz hərəkət imkanı yaradacaq. Həmçinin, fərqli iş saatlarının tətbiqi onların fərdi ehtiyaclarına uyğun iş rejimi seçməsinə şərait yarada bilər. Bundan əlavə, dəyişən iş qrafiki bəzi sahələrdə distant iş imkanlarının artmasına səbəb ola bilər ki, bu da əlilliyi olan şəxslər üçün daha əlverişli mühit formalaşdıracaq. Yeni sistemin inklüziv şəkildə tətbiqi əlilliyi olan şəxslərin iş imkanlarının genişlənməsinə və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə verəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr