AZ

Naxçıvanda ağır yol qəzası olub: Beş nəfər xəsarət alıb - FOTO

Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Cebheinfo.az” "Report"-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Püsyan kəndi (Şərur rayonu) ərazisində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən xilas edilib.

Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”

Seçilən
38
12
cebheinfo.az

10Mənbələr