İran prezidenti Məsud Pezeşkian ictimai nəqliyyatda görünüb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Prezident Təsisatı İnstitutunun rəhbəri, icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah paylaşım edib.
O, Pezeşkianla birlikdə Tehran metrosunda çəkilmiş fotosunu yerləşdirib.
"Bu gün 22 Bəhmən (10 Fevral) nümayişindən sonra Prezident Pezeşkianla "Azadi" stansiyasından bir neçə dayanacaq məsafəsində metroya minərək qayıtdıq. Növbəti dayanacaqda insanlar içəri girdi. Ümid edirik ki, ictimai nəqliyyatın inkişafı ilə vətəndaşlar üçün daha asan nəqliyyat və təmiz hava görəcəyik".
Telegram kanalımız