AZ

ATMU “Absheron Hotel Group”la memorandum imzalayıb

Azərbaycan Turizm və Menecment Universiteti “Absheron Hotel Group” şirkəti arasında növbəti görüş keçirilib. ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. 

Rektor bildirib ki, ATMU-da real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra “Absheron Hotel Group”un icraçı direktoru Mehmet Balcik birgə əməkdaşlıq imkanları, gənclərin məşğulluğu, onların peşə bacarıqlarının inkişafı, təcrübə proqramlarının təşkilində maraqlı olduqlarını bildirib. O qeyd edib ki, ATMU ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulması niyyətindədirlər.

 M.Balcik əməkdaşlığın əsas istiqamətlərindən biri kimi tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübəsinin təşkilinə dəstək göstərmək olduğunu deyib. Bu məqsədlə ATMU-nun tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqlar. Həmçinin, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, master-klasslar təşkil ediləcək.

Görüşün sonunda ATMU ilə “Absheron Hotel Group” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Z.HÜSEYNOVA
XQ

 

Seçilən
8
3
xalqqazeti.az

4Mənbələr