Bakı. TurkicWorld:
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3,1 milyard manat dəyərində məhsul istehsal edilib.
Bu barədə TurkicWorld Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 54,2% və ya 1,7% azdır.
Belə ki, 2023-cü ildə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3,2 milyard manat dəyərində məhsul istehsal edilmişdi.
Bundan əlavə, ötən il Azərbaycanda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 628,4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 16,5 milyon manat və ya 2,7% artım deməkdir.