Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp, məşhur amerikalı müğənni Taylor Swift ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Tramp Truth Social hesabında Amerikanı Yenidən Möhtəşəm Et (MAGA) şüarına istinad edərək, Super Bowl matçında müğənninin fitə basıldığını iddia edib.
"Kansas City Chiefs-dən daha çətin gecə keçirən yeganə şəxs Taylor Swift idi. O, stadiondan qovuldub, MAGA bağışlamaz!" - deyə yazıb.
Qeyd edək ki, Trampın bu paylaşımı, Swift-in seçkilərdə vitse-prezident Kamala Harrisə dəstək verməsi ilə bağlı iddialardan sonra gəlib. Müğənni, ilk Tramp-Harris debatı sonrası Harrisə səs verəcəyini açıqlayan bir paylaşım etmişdi.
Bəzi Respublikaçılar və Trampa yaxın dairələr, Demokratların Taylor Swift-in populyarlığından istifadə edərək seçkilərdə üstünlük qazanmağa çalışdıqlarını iddia edirlər. Respublikaçı milyarder Vivek Ramasvami, hətta Swift-in Super Bowl zamanı Baydenə dəstək mesajı verə biləcəyini irəli sürmüşdü.
Tramp daha əvvəl də Swift-ə qarşı sərt ifadələr işlədib. 16 sentyabr 2024-cü ildə Truth Social hesabında "Mən Taylor Swift-dən nifrət edirəm" deməsi onun bu mövzuda nə qədər tərs olduğunu göstərib.