AZ

Qırmızı ətin gözlənilməz təhlükəsi

Amerikalı elm adamları qırmızı ət istehlakının daha sürətli koqnitiv yaşlanma və demans riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Editor.az xəbər verir ki, araşdırma Neurology jurnalında dərc olunub. Tədqiqatçılar ABŞ-da 133 000-dən çox tibb işçisinin 40 ildən çox müddət ərzində pəhrizlərini və sağlamlıqlarını izləyən məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, bekon, kolbasa və sosiska kimi işlənmiş qırmızı ətlərin müntəzəm istehlakı demans riskini 16 faiz artırıb. Bu növ ətdən həftədə iki dəfə belə istehlak etmək, ayda üçdən az istehlak edənlərə nisbətən xəstəlik riskini 14 faiz artırır. Bununla belə, qırmızı əti qoz-fındıq, paxlalılar və tofu kimi bitki mənşəli protein mənbələri ilə əvəz etmək bu riski 19 faiz azaldır.

Koqnitiv funksiyalara mənfi təsirləri ilə yanaşı, pəhrizdə qırmızı ətin həddindən artıq istehlakı ürək-damar xəstəliklərinin inkişafına kömək edən “pis” yağların səviyyəsinin artması ilə əlaqələndirilir. İşlənmiş ətlərdə yüksək duzun olması da bədəndə hipertoniya və iltihaba səbəb ola bilər, Alzheimer xəstəliyinə tutulma ehtimalını artırır. Alimlər vurğulayıblar ki, beyin sağlamlığı birbaşa qidalanma ilə bağlıdır. Fındıq, balıq, avokado və zeytun yağında olan “yaxşı” yağlar qan damarlarına qoruyucu təsir göstərdiyi halda, yüksək lifli qidalar beyin xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayan bağırsaq mikroflorasını yaxşılaşdırır.

Tədqiqatın müəllifləri xatırladırlar ki, həddindən artıq yemək həmişə faydalı deyil. İşlənmiş qidaları tamamilə aradan qaldırmaq çətin ola bilər. Ancaq qırmızı ət istehlakını ağıllı şəkildə məhdudlaşdırmaq və pəhrizinizdə bitki qidalarının nisbətini artırmaq beyin sağlamlığınızı qorumağa və vaxtından əvvəl qocalma riskini azaltmağa kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
15
1
editor.az

2Mənbələr