“Mançester Yunayted” yay transfer pəncərəsində hücumçu mövqeyini gücləndirmək imkanını nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın bu mövsüm əsas problemlərindən biri də qol vuran mərkəz hücumçusunun olmamasıdır.
Komandanın baş məşqçisi Ruben Amorim bunun üçün “Sportinq”in oyunçusu Viktor Gyokereşi və “Qalatasaray”da icarədə olan “Napoli”nin forvardı Viktor Osimheni prioritet variant hesab edir.
Hər iki futbolçunun 26 yaşı var.