“Hazırda biz olmalı olduğumuz yerdə deyilik”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr deyib. O, həmçinin “qırmızı şeytanlar”ın layiq olduğu yerə qayıtmaq üçün çalışdıqlarını da bildirib:
“Mən komandaya kömək etməkdən məmnunam, amma bu, təkcə mənim haqqımda deyil. Bu klubu olmalı olduğu yerə qaytarmağa çalışmaqdır”.
Xatırladaq ki, MY İngiltərə kubokunda “Lester”i son dəqiqələrdə Maquayrın qoluyla məğlub edərək növbəti mərhələyə yüksəlib.