AZ

İkiqat dünya çempionumuz milli komandanın heyətindən çıxarıldı - SƏBƏB

Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin Bakıda keçiriləcək Dünya Kubokunda çıxış etməyəcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycan yığmasının liderinin adı ilkin ərizədə yer alsa da, püşkatmadan sonra siyahıdan çıxarılıb.
 
Buna səbəb gimnastın ayağında zədəsinin olmasıdır.
 
Milli Gimnastika Arenasında baş tutacaq turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Batut gimnastikasında isə Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.
 
Qeyd edək ki, yarış fevralın 22-23-də keçiriləcək.
Seçilən
7
3
moderator.az

4Mənbələr