AZ

Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan əleyhinə bəyanatlarla çıxış edən Dövlət Dumasının deputatı Nikolay Valuyev ölkəyə girişi qadağan olunan şəxslər siyahısına daxil edilib və onun Azərbaycana gəlişi rəsmən qadağan edilib.

Oxuməni.az -ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

Bundan əvvəl deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının bağlanması, biznes fəaliyyətinə məhdudiyyətlər qoyulması, ölkədə qeyri-qanuni yaşayan azərbaycanlıların deportasiyası, habelə qanuni yaşayanların hərbi qeydiyyata alınaraq cəbhəyə göndərilməsi ilə bağlı təhdidlər səsləndirib.

Almaz Həsənli

Seçilən
14
oxumeni.az

1Mənbələr