Qazaxıstanın "Kayrat" klubu 16 yaşlı hücumçusu Dastan Satpayevin karyerasını İngiltərə nəhəngində davam etdirəcəyini açıqlayıb.
Fanat.Az Almatı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc ön xətt oyunçusu "Çelsi"nin uğurları üçün çalışacaq.
Satpayevin "zadəganlar"a 2026-cı ilin yayında, 18 yaşı tamam olandan sonra qoşulacağı bildirilib.
Xatırladaq ki, Dastan ötən ilin mayında "Kayrat"ın əsas komandasında debüt edərək klub tarixində meydana çıxan ən gənc oyunçu olub.
Nihat