Yaponiyanın baş naziri Sigeru İsiba ABŞ prezidenti Donald Trampa “Ningyouno Hanafusa Co” şirkətinin istehsalı olan qızıl samuray kabuto dəbilqəsini hədiyyə edib. Yaponiyanın qərbindəki Tottori prefekturasından (İsibanın doğma bölgəsi). Yaponiyanın “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən xəbər verir ki, iki lider arasında görüş ötən cümə günü Vaşinqtonda baş tutub.
Agentliyin həmsöhbəti bildirib ki, cənab İsiba hədiyyə ideyasını yapon hərbi lideri haqqında Amerikanın “Syequn” serialının populyarlığına görə verib. “Kyodo News” qeyd edir ki, ABŞ prezidentinin qızıl rəngi də bəyəndiyi məlumdur. Yaponiyanın keçmiş baş naziri Sinzo Abe 2016-cı ildə Vaşinqtona səfəri zamanı cənab Trampa qızıl qolf ağacı hədiyyə edib.
Dəbilqənin istehsalçısı “Ningyouno Hanafusa” görə, onun ölçüləri eni 57 sm, hündürlüyü 81 sm və dərinliyi 48 sm-dir. Nüsxənin qiyməti 168 min yen (təx.1870 manat-red.) təşkil edir. Şirkətin prezidenti Tomoya Hanafusa bildirib ki, şirkət ötən ilin noyabrında Yaponiya Xarici İşlər Nazirliyindən qızıl samuray dəbilqəsi sifariş edib. Lakin onlarda ancaq əşyanın xarici VIP-ə hədiyyə ediləcəyi barədə məlumat var idi.
Yaponiyanın baş naziri Donald Trampla şəxsi görüş üçün ABŞ-a gələn ikinci dünya lideri oldu. Vaşinqtona ilk səfər edən İsrail hökumətinin başçısı Benyamin Netanyahu olub.
Almaz Həsənli