AZ

Cəlilabad xəstəxanasında beyin angioqrafiyasına başlanıldı




Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası müayinəsinin icrasına başlanılıb


"Medicina" xəbər verir ki,bu günədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb əməliyyatlar və eləcə də tibbi müayinələr artıq region xəstəxanalarında da həyata keçirilir.
Növbəti yeniliklədən biri də Cəlilabad Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır.

Baş ağrıları, yüksək arterial təzyiq şikayətləri ilə müraciət edən Lerik rayon sakini 1995-ci il təvəllüdlü şəxs (qadın) introvenoz və peroral kontrastlı kompüter tomoqrafiyasından yararlanan ilk pasiyent olub və onda sağ daxili yuxu arteriyasında "supraclinoid" aspektdə 3.5 mm ölçüdə kiçik anevrizmaya uyğun lokal genişlənmə müşahidə edilib.

Məlumat üçün qeyd edək ki, əvvəllər bu xidmətə görə rayon sakinlər digər xəstəxanalara, xüsusilə paytaxt Bakıya göndərilirdi.



Seçilən
11
medicina.az

1Mənbələr