AZ

Qarabağa  gedən  yol

Vətənimin tarixi qədimdir. Bu tarix özündə neçə-neçə acılı səhnələri, göz yaşlarını, sevinci, qələbəni yaşadıb. Ta Dərbənd elindən başlayan yurdum Dəclə,Fərat çaylarına; Xəzər dənizindən Göyçə gölünə qədərki əraziləri əhatə edib.Tarixin ən qədim səhifələrində işğallara məruz qalsada, neçə-neçə dövlət qurmağa nail olmuşdur.Nəhəng və bərəkətli Azərbaycan torpağı daim şimaldan, cənubdan, şərqdən, qərbdən diqqətdə olmuş, parçalanmışdır. Dərbənd elini Borçalı,İravanı,Qarabağı, Cənubu Azərbaycanı itirən vətənim... Parçalanmış vətənim... Övladlarını, hissələrini itirən vətənim, yurdum, nə yaxşı ki, vətənim zorla alınmış  ürəyini ağrıdan Qarabağ azaddır. Özünə sahibinə qovuşdu.

Qarabağ tarixini ta adında göstərir “Qara” sözü türk dillərində rəng mənası bildirməklə yanaşı “böyük” mənasındada işlənir,yəni böyük bağ,böyük bağça... Tarixçilərə görə bu söz VII əsrdən işlənməyə başlanmışdır.Təsadüfü deyil ki, dünyanın ən qədim insan məskənlərindən olan Azıx, Tağlar bu ərazidə yerləşır həmin mağaralarda tapılmış alt çənə sümüyü,müxtəlif alətlər, qida qalıqları buranın tarixini öyrənməkdən etibarlı mənbədir.Sonrakı dövrlərdə Qarabağ adı altında Albanıyanın Paytakaran,Uti,Arsaq vilayətləri cəmləşmiş, yerli xalqla yanaşı gəlmə tayfalarında məskunlaşdığı ərazi olmuşdur.Qədim və güclü Albaniya mədəniyyətə sahib ölkə idi.Əlifbanın olması buna ən böyük sübutdur.İstər Cavanşirin, istərsə də Ərəblər dövründə Qarabağ həmişə diqqətdə olmuşdur.Bir -birini əvəz edən güclü Azərbaycan dövlətlərinin eləcədə Səfəvilər dövründə bu ərazi həm də məhsuldarlığı ilə seçilirdi.

Xanlıqlar dövründə özünün yüksəlişini yaşayan region rus istilasından dəqiq desə,Kürəkçay müqaviləsindən sonra münaqişə obyektinə çevrildi.Belə ki müqavilənin şərtlərinə görə İranın daxılindən 40 min,Türkiyədən 90 min erməni bu regionda məskunlaşdırıldı.Bu isə sonrakı dövrlərdə ermənilərin planlı şəkildə Türk müsəlmanları qırmasına,soyqırım etməsinə səbəb olmuşdur və bu proses sonrakı dövrlərdə  də davam etmişdir.

AXC dövründə daşnaklar Qarabağdakı kəndləri yandıraraq,əhalini kütləvi şəkildə qIrmaqda idilər. Məqsədləri “ Hayastan” dövlətini  qurmaq olan bu millətin AXC  dövründə də dinc durmayaraq yaradılmış Qubernatorluğu rus bolşevikləri və erməni quldur dəstələri ilə birgə ləğv edilməsinə səbəb olmuşdur.

1923 –cu ildə yaradılmış DQMV yalnız 1989-cu ildə Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşdirildi. Ta 1948-cu ildən başlamış azərbaycanlıların İrəvan, Göyçə, Zəngəzur kimi Qərbi Azərbaycan torpaqlarından çıxarılması,1988-ci ildə də davam etdirildi.1991-ci ildə yaradılmış “ Dağlıq Qarabağ Respublikası” açıq şəkildə hərbi əməliyyatlara başladılar.20 mindən artıq azərbaycanlı qətlə yetirildi. Dəhşətli qırğınlar,soyqırımlar törədilməsi nəticəsində dilbər güşəmiz qaniçən erməni cəlladlarının əlinə keçdi.Əsas da Xocalıda törədilmiş qırğınlar....Bu sadəcə insanlıqdan kənar,vəhşi heyvanlara məxsus hərəkəti bizlərlə əsrlərlə birgə yaşamış,bir süfrə arxasında oturduğumuz qonşularımız  etmişlər.Ancaq heç vaxt haqsız tökülən qan yerdə qalmaz..., qalmır da...

Nəhayət bizim o dinməyən ağrımız,yaşlı qalan gözümüz 30 il sonra rahatlıq tapdı. Nə qədər görüşlər keçirilmişdi,.Prezidentlər səviyyəsində,nazirlər səviyyəsində....Ancaq zor gücü ilə,silahla geri qayıtdı  Xarıbülbülün vətəni....

2020-ci il 27 sentyabr səhər saat 6 –da əks-hücum haqqında göstəriş verildi. Müharibə artıq başlamış,hər kəsdə o sönməkdə olan ümidlər yenidən közərməyə başlamışdı.Qalibiyyət üçün hər kəs yumruq oldu,bir oldu. Çünki inanırdıq ,nə olursa-olsun artıq bu atılan addımlar  geri dönüşü olmayacağını və bizə qələbəni,zəfəri  gətirəcəyini uşağndan-böyüyünə hər kəs bilirdi.Müharibənin ilk günündən azad olunmuş ərazilərin elan edilməsi bizim olan ümidimizi birə on etdi. Düzdür,itkilərimiz oldu,neçə-neçə igidlər ,ərənlər itirdik,ancaq qələbənin dadı şirin olur. Sonunda düşünəndə ki,O gözəl Qarabağ görəcəksən, Şuşanı,o  müqəddəs Pənah xanın, Xan qızının, Vaqifin torpağı... görmək...qoxusunu almaq ,bunu düşünmək belə insanı həyəcanlandırır,kövrəldir. Xudafərin körpüsünü –o bizi şimala və cənuba ayıran yeri gələndə birləşdirən körpü,səni artıq yeni nəsil yalnız kitablardan yox,həm də canlı-canlı görə bilər,görəcəkdə...

Keçən əsrin 90-cu illərində işğal olunmuş ərazilərimizin 44 günlük müharibədə tək-tək azad olunması, o 30 il tapdaq  altında olan  torpaqlara bayrağımızın sancılması vaxtilə didərgin düşmüş, qaçqın həyatı keçirən  soydaşlarımızın sevincinə səbəb oldu...

Yatır bu torpaqda əcdadım mənim..

Şərəfim,

Şöhrətim,

Öz adım mənim...

Nə qədər itkilər verdik. Hələ 90-cı illərdə xeyli sayda yaşayış və təhsil müəssisələri, obyektləri dağıdıldı, məhv edildi.

Müharibəyə qədər ki dövrlərdə erməni cəlladları 1994-cu ildə elan edilmiş atəşkəsi pozmuş,mülki əhali içərisində itkilər verməyimizə,obyektlərin,yaşayış məskənlərin,əkin sahələrin məhvinə,dağıdılmasına səbəb olmuşdu.

Aprel hadisələri Qarabağ qələbəsində rüşeym oldu. Çocuq Mərcanlı kəndinin azad olunması bizim millət olaraq sevinməyimizə səbəb olmuşdu.Sonrakı dövrlərdə  2017,2018 –ci illərdə də düşmənin əks-hücum həmləsi və son olaraq 2020-ci il 27 sentyabrdakı həmlə,cəhd bizim sülh istəyimizin,səbrimizin daşmasına səbəb oldu.44 günlük müharibə dövründə döyüş meydanı həm də dinc sakinlərin yaşadıqları ərazi oldu Və bu da xeyli sayda mülki əhalinin öldürülməsinə,yaşayış məskənlərimizin dağıdılmasına səbəb oldu.Gəncə və Bərdə hadisələri vaxtaşırı ,xüsusən də gecə vaxtə atılan mərmilər,raketlər balaca körpələrin ölümünü ancaq insanlıqdan çıxmış,azğın terrorçu erməni cəlladları edə bilərdilər .

Üç minə  yaxın oğul itirdik.igid,ərən.. vətənini canından çox sevən oğullar,cəbhəyə könüllü gedən oğullar...

Hələ Polad Həşimovun öldürülməsinin ardınca millətin  Bakı küçələrinə axın etməsi təsadüfi deyildi..Yeganə millət olduq ki, müharibəni özümüz istədik..

Onlarla vuruşub ,qan gücü ilə  torpağı azad etməyi istədik. Cənab Prezident demişkən: “Dəmir yumruqla onların başını əzdik”

Təki Vətən sağ olsun deyib, neçə ana,bacı öz övlad ,qardaşlarını vətənə qurban verdilər.İtirdik,həm də qazandıq. Hər gün qələbəyə gedən yol üçün bir zaman oldu. Azad olunmuş rayonların, kəndlərin, strateji yüksəkliklərin xəbəri milləti sevincə qərq etdi.Millət olaraq qalib xalq olduq.Zəfər xəbərinin ,eləcə də Şuşanın azad olunması xəbəri millətin bayramına səbəb oldu .Qarabağın gözünün nuru,qəlbi Şuşa  artıq rahat nəfəs alır.Şuşa düşməndən,istilaçıdan təmizləndi.Şuşa azad oldu. Yenidən quruldu, çiçəkləndi,mədəniyyət mərkəzi oldu.Xocalının azad olunmuş kəndlərinin  xəbəri qaysaq bağlamış yaranı bir az da  olsa,özünə gətirdi....

Qarabağ sahibinə qovuşdu. Həsrət bitdi. Xarıbülbül azaddır artıq. Bu bizim dinməyən acımız idi, artıq susdu. Zəfər o qədər şirindir ki.itkilər gözə görünməz oldu. Neçə-neçə şəhid anaları oğul dərdlərini bir anlıq da olsa,unudub qələbə sevincini yaşadı. Təki Vətən sağ olsun dedilər. Bu ancaq əzmkar xalqın göstəricisidir. Bir xalq nə qədər müdrik ,igiddirsə,onun üçün torpaqdan qiymətli heçnə ola bilməz. Bir xalq olaraq ta Dədə Qorqud dastanlarından tutmuş neçə-neçə əsərlərimizdə torpaq ,vətən candan üstün sayılıbdır. Biz Qorqud atanın, Qazan bəyin, Koroğlunun, Nəbinin övladlarıyıq. Biz Həcərin, Nigarın, Burla Xatunun övladlarıyıq....

Artıq məscidlərimizdə donuz saxlanılmır, murdarlanmır, azan verilir, namaz qılınır.

Artıq o torpaqlar dağıdılmış vəziyyətdə deyil,yenidən qurulur.Yeni bizim Qarabağ-bizim olan Qarabağ qurulur..

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini  demirmi aşkar?

Xoşluqla verməzlər torpağı ancaq

Qanla möhürləyib,zorla alarlar.

Artıq vətən az da olsa, rahatdır. İllər ərzində parçalansaq da, keçən əsrdə zorla qoparılmış Qarabağa qovuşmaq az da olsa, dərdin üsərinə az da olsa, su səpdi. Artıq Şuşada, Qarabağda rahatdı, neçə-neçə ziyalılar, sənətkarlar yetişdirən bu el artıq xoşbəxtdir. Qarabağ sən bizimsən, bu bədəndə  can durduqca, nəfəs aldıqca, bizimsən... Tarix gec – tez bərqərar olur, çünki bu ədalətdir.

Heç kim də ədalətin hökmündən boyun qaçıra bilməz.

2020-ci il 12 iyul Tovuz döyüşləri. Xalıqımın  30  illik həsrətinə son  qoyan  o möhtəşəm günün başlanğıcı. Bu döyüşlər II Qarabağ müharibəsinin başlanmasına bir qığılcım oldu. 27 sentyabrdan başlayaraq Qarabağ uğrunda döyüşlər başladı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. Ali Baş Komandan İlham Əliyev orduya döyüş əmrini verdi və şanlı ordumuz torpaqlarımızı işğaldan azad etməyə   başladı. O gündən etibarən Azərbaycan  əsgəri gecə-gündüz demədən, soyuq hava bilmədən Vətənin hər bir qarış torpağı üçün canından  keçməyə and içdi. 30 il həsrət çəkən xalqın Azərbaycan əsgəri üçün birlik oldu və arxa cəbhədən daimi  onlara dəstəyini, sevgisini hiss etdirdi. Artıq xalqın içində illərlə saxladığı ümid gerçəkləşməyə başladı. Artıq insanlar bilirdilər ki,qarşıda gələn bayramı Qarabağda qeyd edə biləcəklər. Artıq bir daha “ İnşallah gələn il bu bayramı Qarabağda qeyd edərik” - sözləri sadəcə sözlərdə qalmayacaqdır. İllərlə sandıqda saxlanılan evlərin açarları artıq öz qıfıllarını açacaqdır. Çünki bu millətin güvəndiyi ordusu və əsgəri vardır. Hansı ki o əsgər canı bahasına olsa belə  torpaqlarımızı geri almağa and içmişdir. İşğalda olan torpaqlarımız  kəndlərimiz qəsəbələr strateji  əhəmiyyəti olan yüksəkliklər və cənnət şəhərlərimiz  ard-arda mənfur düşməndən təmizləndi.27 sentyabrdan noyabrın 9 – na kimi 44 günün içində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. İllərlə masalarda həll oluna bilməyən məsələ Ali Baş Komandanın  bir əmri ilə həll olunmağa başladı.28 il sonra Şuşa məscidində “Azan” səsi eşidildi. İllər sonra Azərbaycan xalqı tutduğu mövqedən, statusundan asılı olmayaraq birlik olduğunu bütün dünyaya çatdırdı.

Hər kəs “Qarabağ Azərbaycandır” şüarı altında birləşdi. Həmin günlərdə təbii ki, mənfur düşmən Azərbaycan xalqını bezdirmək,incitmək istədi. Yenə insanların yaşayış məntəqələrinə bonbalar yağdırdı. Gəncə və Bərdə şəhərlərində dinc insanlar qətilə yetirildi. Bir daha Azərbaycan xalqı Qarabağ uğrunda şəhid verdi, ancaq bezmədi,əyilmədi beli bükülmədi hər bir şəhid anası “Vətən sağ olsun” – dedi.

O möhtəşəm Zəfər Günü 10 noyabr tarixində Müzəffər Ali Baş Komandan xalqa çıxışı zamanı açıqladı. Xalq 24 saat zəfəri atəşfəşanlıqla qeyd etdi. Hər kəs onu göz yaşları ilə qarşıladı. Çünki həsrət bitdi. İllərdi gözlənilən qələbə gününü yaşadı millətim. Prezidentimiz İlham Əliyev Ulu Öndərin arzusunu uğurla yerinə yetirdi. Bu qələbəni Ali Baş Komandana, Azərbaycan Ordusuna, əsgərinə, şəhidinə və şəhid analarına borcluyuq və onların qarşısında baş əyirik. Bizə bu sevinci yaşatdıqları üçün təşəkkür edirik. Artıq bu gün biz şanlı qələbəmizin ildönümünü qeyd edirik. Bu torpaqlar şəhidlərin qanı və millətin əzmi ilə yenidən çiçəklənməyə başlayır. O torpaqlarda  Azərbaycan muğamı səslənib üçrəngli bayraq dalğalanır.

“Qisas qiyamətə qalmaz”- deyiblər. İllər öncə “Xocalıda tökülən  uşaqların, qadınların ,qocaların qanını yerdə  qoymayacağıq”-demişdik və etdik . Bundan sonra daha tarix dərsliklərində işğal olunan torpaqlarımız yazılmayacaq. Ordumuz bizim üçün Yeni Tarix yazdı.

30 il bundan öncə anasının qucağında məsum və çarəsiz halda öz torpaqlarından məcburi köçkün olan körpələr bu günlərdə öz canı, qanı, əvvəlki məsumiyyəti bahasına Qarabağı geri qaytardılar. Qoynunda böyütdüyün igidlər "Ya Allah" şüarları ilə qorxmazcasına döyüş meydanına atıldılar. Qarabağımızın gözü olan Şuşada artıq bayrağın sancılıb. Şuşa məscidində namazlar qılınır, Azan oxunur. İllərdir çiyinlərimizdə olan bu şərəf yükü artıq qalxıb. Bir sözlə, gözün aydın Vətən!

Vətən mənim bu günüm,

Sabahki toy düyünüm.

Haqım var ki öyünüm,

Azərbaycan deyəndə!

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə!

Sədaqət Əsgərova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Seçilən
11
ikisahil.az

1Mənbələr