AZ

Məhkəmə lizinq şirkətini cərimələyib

"Aypara Lizinq" MMC nəqliyyat vasitələri ilə bağlı qaydaları pozub.

"Aypara Lizinq" MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

Operativ Media-nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkətlə bağlı müraciətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
 

Seçilən
26
operativmedia.az

1Mənbələr