AZ

Sərnişin stüardessaya hücum edib təyyarədən tullandı

Sərnişin stüardessaya hücum edib təyyarədən tullandı. Paris hava limanında “Iberia” aviaşirkətinə məxsus təyyarə havaya qalxmazdan bir müddət əvvəl sərnişin  yerə tullanıb. AzPost xəbər verir ki, bu barədə PYOK nəşri yazıb.

Belə ki, fevralın 7-də İspaniya aviaşirkətinin təyyarəsi Parisin Orli hava limanından Madridə uçmalı idi. Təyyarə uçuş-enmə zolağında sürətini artırmağa başlayanda sərnişinlərdən biri ayağa qalxaraq təcili çıxışa doğru qaçıb.

Stüardessa kişinin qapını açmasına mane olmağa çalışsa da, o, ona hücum edərək 3,5 metr hündürlükdən tullanıb. Hava limanının əməkdaşları cəld müdaxilə edərək onu saxlayıblar.

Təyyarədə olan digər sərnişinlər beş saatlıq gecikmə ilə Madridə uçublar. Təyyarə yoxlamalar üçün müvəqqəti olaraq dayandırılıb. Daha sonra uçuşa davam etmək üçün icazə verilib.

Qeyd edək ki, daha əvvəl Bostondan Puerto-Rikoya uçan “JetBlue” təyyarəsində sərnişinlərdən biri uçuz zamanı qəza qapısını açıb. Kişi bu hərəkəti sevgilisi ilə ciddi mübahisə etdikdən sonra edib.

Bizi İnstagramda izləyin!
Seçilən
13
azpost.info

1Mənbələr