AZ

Avropanın sonuncusu

Qadın basketbolçular arasında AVRO-2025-in seçmə mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, bu raundda 32 komanda 8 qrupda mübarizə aparıb.

İkidövrəli dairəvi sistemlə keçirilən mərhələdə iştirakçıların hər biri 6 matç keçirib. C qrupunda Belçika, Litva və Polşa ilə mübarizə aparan Azərbaycan millisi bütün rəqiblərinə həm evdə, həm səfərdə uduzub.

6 məğlubiyyət alan yığmamızın xal fərqi 246-633-ə bərabər olub. Komandamız tsikli “-387” fərqi ilə bitirib.

Seçmə mərhələdə yalnız 5 komanda bütün oyunlarda uduzub. A qrupunda Avstriya (318-444), C qrupunda Azərbaycan (246-633), E qrupunda İrlandiya (333-583), G qrupunda Şimali Makedoniya (336-521), H qrupunda Bosniya və Herseqovina (324-499) azarkeşlərinə ancaq üzüntü bəxş edib. Bu yığmalar arasında ən pis göstərici Evren Alkayanın yetirmələrinə məxsusdur. Bu, o deməkdir ki, millimiz zəiflər içində də ən zəif – seçmə mərhələdə Avropanın sonuncusudur.

Yığmamızın ayrı-ayrı göstəriciləri də seçmə mərhələnin antirekordudur. Komandamız 6 görüşdə 246 xallıq atış edib. Bu göstəricidə sonuncu olan millimiz 309 xalla 31-ci olan Estoniyadan 63 xal geri qalır.

Rəqibləri 633 xallıq atış edən yığmamız bu göstəricidə də sonuncudur. 31-ci olan İrlandiya müdafiədə 50 xal etibarlı olub – 583.

Fərqi “-387” olan yığmamız 32 komanda arasında sonuncudur. Bir pillə öndə olan İrlandiyada bu rəqəm "-25”dir.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2023-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər keçirilib.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr