AZ

Xəstəxanaya yerləşdirilən Nazim danışdı: "Gözümü açanda artıq..."

"Başıma gələn bu hadisə saniyələr içində oldu. Özümdən getmişdim, yıxılmışdım. Gözümü açanda yəni ayılanda artıq xəstəxananın reanimasiya şöbəsində idim. Nə baş verdiyini heç özümdə bilməmişəm". 

Milli.Az bildirir ki, bu sözləri "Faytonçu" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyarı OLAY-ın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi başına gələn hadisəni bu cür nəql edib: 

"Bir sözlə salamat qutardım. Həkimlər mənə işemik insult diaqnozunu qoydular. Amma əzalarım yəni əlim, qolum, başım, beynim, yaddaşım hamısı yerindədir. Problemim yoxdur. Deyim ki, haramsa əzilib və ya əyilib kimi şeylər yoxdur. Sağlam və salamatam. Hər şey qaydasındadır. Xalqımızın və insanların duaları mənə kömək oldu. Ən əsası göydəki Allah". 

Hazırki, vəziyyətinin qənaətbəxş olduğunu söyləyən N.Pişiyari tezliklə evə buraxılacağını açıqlayıb: 

"Vəziyyətim şükürlər olsun ki, yaxşıdır. Həkimim mənə söylədi ki, bu həftənin beşinci günü və ya daha tez səni xəstəxanadan artlq evə buraxacayıq. Məndə elə bu günü gözləyirəm".

Milli.Az 

Seçilən
14
7
milli.az

9Mənbələr