AZ

Bakıda 1 yaşlı körpə qəfil öldü

Bakıda 1 yaşlı uşaq ölüb. 

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu B.Süleymanov küçəsi 21-də yerləşən 14 saylı uşaq poliklinikasında qeydə alınıb.

Bildirilib ki, Bakı şəhər sakini Turqut Nuşirəvan oğlu Əliyev poliklinikada qəfil ölüb.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 7 fevral saat 08:00 radələrində 2024-cü il təvəllüdlü azyaşlı oğlan Xətai rayonu ərazisində yerləşən 14 nömrəli Şəhər Poliklinikasının Uşaq şöbəsinə gətirilib.

“Poliklinikaya daxil olarkən uşağın artıq bioloji ölümünün baş verdiyi müşahidə edilib. Baxış zamanı ağız və burun nahiyəsində köpüklü-qanlı ifrazat, həmçinin dərisində diffuz sianoz aşkar edilib. Məsələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasına məlumat verilib. Hadisə yerinə gələn briqada tərəfindən bioloji ölüm təsdiqlənib.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə və Xətai Rayon Prokurorluğuna məlumat verilib. Uşağın cəsədi müvafiq tibbi araşdırmaların aparılması məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”, - məlumatda vurğulanıb.

Seçilən
3
15
azedu.az

10Mənbələr