AZ

Arktikada törədilən soyqırım işi üzrə ilk məhkəmə keçiriləcək

Fevralın 24-də Murmansk Vilayət Məhkəməsində faşistlərin və onların əlaltılarının İkinci Dünya müharibəsi illərində Murmansk vilayətinin işğal olunmuş ərazilərində törətdikləri cinayətlərin soyqırım kimi tanınması ilə bağlı işə baxılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a region məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib.

"İş məhkəməyə verilib. İlk məhkəmə iclası fevralın 24-nə təyin edilib, o, Moskva vaxtı ilə saat 14:30-a baş tutacaq", - agentliyin mənbəsi bildirib.

Bundan əvvəl Murmansk vilayətinin prokuroru faşistlərin və onların əlaltılarının Böyük Vətən Müharibəsi illərində rayonun işğal olunmuş sərhəd yaşayış məntəqələrində törətdikləri cinayətlərin soyqırım kimi tanınması ilə bağlı məhkəməyə vəsatət qaldırıb.

Arktikada şəhərlərin kütləvi şəkildə bombalanması nəticəsində 1500-dən çox ev dağılıb. Qurbanların ümumi sayı 15 min nəfəri ötüb. Bölgəyə dəymiş ziyanın məbləği indiki rublun məzənnəsinə çevirdikdə 1,3 trilyon rubl təşkil edir.

Turan İSMAYIL

Seçilən
4
redaktor.az

1Mənbələr