AZ

Gürcüstanda təxribat və xarici təşkilatlara əlbir olma işi üzrə istintaq başlanılıb

Bakı. Trend:

Gürcüstanın baş prokurorluğu mümkün təxribat və düşmənçilikfəaliyyətində xarici təşkilatlara yardımın göstərilməsi ilə bağlıişi araşdırır.

Trend xəbər verirki, bu haqda Gürcüstanın baş prokurorluğunun mətbuat xidmətibəyanat yayıb.

"Gürcüstan Baş Prokurorluğunun istintaq şöbəsində ağırlaşdırıcıhallarla təxribat, təxribata cəhd və Gürcüstanın dövlət maraqlarınaqəsd etmək məqsədilə xarici təşkilatlara və xaricdən idarə olunantəşkilatlara düşmənçilik fəaliyyətində köməyin göstərilməsi iləbağlı istintaq başlanıb", - deyə qurum məlumat yayıb.

Məlumata əsasən, prokurorluqda istintaqa “Vahid NeytralGürcüstan” ictimai hərəkatının təqdim etdiyi ərizə əsasındabaşlanılıb. Ərizədə hərəkatın üzvləri, bəzi daxili və xaricioyunçuların fəaliyyətlərində Gürcüstanın dövlət maraqlarınayönəlmiş addımların nəzərə çarpdığı qeyd olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin “Təxribat”, “Təxribatacəhd” və “Xarici dövlətə, xarici təşkilata və ya xarici dövlətinnəzarətində olan təşkilata düşmənçilik fəaliyyətində köməyingöstərilməsi” maddələri üzrə aparılır. Bu maddələr beş ildən 10ilədək və yeddi ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasınəzərdə tutur.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr