AZ

“Bayern”in futbol geyim dəsti UEFA qaydalarına uyğun gəlmir

“Bayern”in ev oyunları üçün istifadə etdiyi futbol geyim dəsti UEFA tərəfindən müəyyən edilmiş müvafiq qaydalara uyğun gəlmir.

Arena.az bu barədə “Footyheadlines” dərgisinə istinadən məlumat verir.

Belə ki, köynəklər üzərindəki nömrələrin və futbolçuların soyadlarının tünd rəngli çalarları qırmızı köynəklərin rəngi ilə ahəngdar olmadığından, nömrələr və soyadlar çətinliklə sezilir.

Məhz bu səbəbdən Münhen klubu UEFA Çempionlar Liqasının “Seltik”lə 1/16 final mərhələsinin səfərdə baş tutacaq ilk oyununa qara rəngli futbol geyim dəstində çıxacaq.

Həmçinin Almaniya nəhəngi fil sümüyü rəngində olan üçüncü futbol geyim dəstini də bu oyunda istifadə edə bilməz. Çünki bu dəstin rəng çalarları “Seltik”in ev futbol geyim dəstinin rəng çalarları ilə yaxındır.

Vurğulanır ki, texniki olaraq, “Bayern” ev futbol geyim dəstini bu oyunda istifadə edə bilər. Amma bu halda Almaniya nəhəngi qırmızı köynəklər üzərindəki nömrələrin seçilməsi üçün onları ağ rənglə əvəz etməlidir.

Xatırladaq ki, “Seltik” – “Bayern” oyunu fevralın 12-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (14 fevral) başladacaq.

Seçilən
47
arena.az

1Mənbələr