AZ

Mətanət Əsədova: “Təmiz həyat yaşayan qadın “əcəb eləmişəm” deməz”

Müğənni Mətanət Əsədova “ARB”də yayımlanan “Pərvizə görə” verilişində açıqlamaları ilə gündəmə gəlib.

 

Pravda.az xəbər verir ki, müğənni burun əməliyyatından başqa heç bir estetik əməliyyat etdirmədiyini, təmiz həyat yaşadığını deyib:

 

“34 razmer paltar geyinirdim. Quru balığa oxşayırdım. Sifətim çox uzun idi. Baxıb deyirdim ki, İlahi, belə arıqlıq olar? Hələ burnumu əməliyyat etdirməmişdim. Təkcə burun əməliyyatı etdirmişəm. Biri baxıb, dedi ki, gör nəyə oxşayır. Dedim ki, hə, sən qəşəng ol. O biri deyir ki, nə gündə idi, indi özünə nələr edib. Gör eləsəm, mənə nə edəcəksən. Cisim mənim, can mənim, məsləhət mənim. Sən kimsən? Mən sənə qarışıram? Mən bilərəm! Bəziləri deyirlər ki, “yaxşı eləmişəm, əcəb eləmişəm”. Düzgün, təmiz həyat yaşayan qadın bu sözü deməz, hətta efir qarşısında elə söz işlətməz. Bu, qadın  sözü deyil. Olmaz. Mən onu deyə bilmərəm. Anam mənə deyib ki, qızım, o söz düzgün söz deyil, onu kişi deyər. Ailəsində boşluq yaranan, yüngül həyat sürən qadın deyər, özü bilər. Amma elə söz mənə aid deyil. Onun həyatını rişxənd edib, ələ salmıram. Öz həyatıdır, qarışmağa ixtiyarım yoxdur. Ona da Allah kömək olsun, bizə də...”

 

Tomris

Tarix: 10 Fevral 2025, 15:51   
Seçilən
9
3
pravda.az

5Mənbələr