1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tayvan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək rüsumlardan yayınmaq üçün amerikalılardan daha çox sıxılmış təbii qaz (LNG) almağa qərar verib.
Oxu.Az bu barədə "Bloomberg"ə istinadla xəbər yayıb.
Bildirilir ki, Taybey artıq Alyaskadakı zavod ilə tədarük barədə danışıqlara başlayıb.
Qeyd olunur ki, Cənubi Koreya, Vyetnam və Avropa İttifaqı da ABŞ-nin enerjidaşıyıcılarını almaqla Trampı "sakitləşdirməy"ə, beləliklə də, rüsumlardan yayınmağa çalışır.
Bundan əvvəl Tramp Yaponiyanın rekord həcmdə LNG alacağını bildirmişdi.
Tayvana gəlincə, 2024-cü ildə onun ABŞ ilə ticarət saldosu 80%-dən çox artaraq rekord həddə - 64.9 milyard dollara çatıb. Lakin ABŞ LNG-si tədarükün yalnız 10%-ni təşkil edib. Tədarükün böyük hissəsi Avstraliya və Qətərdən gəlib.