AZ

"İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" layihəsi tarixi prosesdir" - ARAŞDIRMA

"İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" layihəsi tarixi prosesdir" - ARAŞDIRMA2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilibdir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bəs, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə bağlı vəziyyət hansı səviyyədədir?

Mövzu ilə bağlı Sonxeber.az-a deputat Günay Ağamalı danışıb.

"İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" layihəsi tarixi prosesdir" - ARAŞDIRMAO, açıqlamasında qeyd edib ki, Böyük Qayıdış Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yenidən qurulması və inkişaf etdirilməsi deməkdir:

"Azərbaycanın 30 il işğal altında qalan torpaqları 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Bu tarixi zəfər təkcə torpaqlarımızın geri qaytarılması ilə bərabər, həm də azad edilmiş bölgələrin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün yeni bir mərhələnin başlanğıcı oldu. Bu çərçivədə Azərbaycan dövləti "Böyük Qayıdış" proqramını həyata keçirir.

Düşmən tapdağından azad edilmiş ərazilər tamamilə dağılmış vəziyyətdə idi. Şəhər və kəndlər yerlə-yeksan edilmiş, yollar, enerji infrastrukturu və ictimai obyektlər dağıdılmışdı. Dövlətimiz sürətlə bölgələrin bərpasına başladı və müasir şəhərsalma layihələri həyata keçirir. Zəngilanın Ağalı kəndində "ağıllı kənd" modeli reallaşdırıldı, Şuşa və digər şəhərlərdə geniş miqyaslı quruculuq işləri aparılmaqdadır.
Böyük Qayıdışın ən ciddi problemlərindən biri işğal dövründə düşmən tərəfindən torpaqlara böyük həcmdə minaların basdırmasıdır. Dövlətimiz minaların təmizlənməsi üçün intensiv iş aparır. Azad edilmiş ərazilərin iqtisadi potensialı böyükdür. Kənd təsərrüfatı, turizm və sənaye sahələrində yeni layihələr həyata keçirilir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bölgənin inkişafına töhfə verəcək. 30 il müddətdə öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz yurdlarına qayıtmları arzuların gerçəkləşməsi ilə yanaşı həm də haqq məsələsidir.

Böyük Qayıdış Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yenidən qurulması və inkişaf etdirilməsi deməkdir. Böyük Qayıdış Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafına təkan verməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Dövlətimiz Böyük Qayıdış proqramını yüksək səviyyədə icra etməyi bu torpaqlarda yenidən həyat yaratmağın göstəricisidir. Qısa zaman kəsiyində görülən işlər bir daha sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir".

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, "Böyük qayıdış" layihəsinin özü Qarabağ bölgəsində geniş miqyaslı tikinti prosesi anlamı daşıyır:

"İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" layihəsi tarixi prosesdir" - ARAŞDIRMA"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə "Böyük qayıdış" layihəsi tarixi bir prosesdir. Çünki, onilliklər boyu öz yurd-yuvalarından köçkün düşmüş insanlar nəhayət ki, doğma torpaqlarına qayıtmaq imkanı qazanmış olacaqlar. Bir qismi artıq, bu şansı qazanıb, yüzlərlə ailə Qarabağ bölgəsinə geri qayıdıb, orada öz həyatlarını qurub və işləyib, yaşamağa başlayıblar. Bu da gözəl bir prosesdir və ilbəil daha da vüsət almaqdadır. Təbii ki, "Böyük qayıdış" layihəsinin özü Qarabağ bölgəsində geniş miqyaslı tikinti prosesi anlamı daşıyır və bu da öz-özlüyündə, ayrıca yeni iş yerlərinin açılması xarakteri də daşıyır. Orada, minlərlə insan işləyir və öz yurd-yuvalarına qayıdacaq insanlar üçün ev tikirlər, yaşayış məskəni salırlar. Eyni zamanda, buna paralel olaraq işğaldan azad olunmuş ərazilərdə yerli idarəetmə orqanları, dövlət strukturları yaradılır. Bunlar da təbii ki, yeni iş yerləri deməkdir. Bütün bunları nəzərə aldıqda "Böyük qayıdış" layihəsi Azərbaycan tarixinin ən önəmli layihələrindən biridir və Azərbaycanın gələcək taleyinə birbaşa təsir göstərəcək, təqdirəlayiq prosesdir. Bu baxımdan "Böyük qayıdış" layihəsinin uğurla sona çatdırlacağı qətiyyən şübhə doğurmur".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusuna uyğun olaraq dərc edilir"
"İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" layihəsi tarixi prosesdir" - ARAŞDIRMA

Seçilən
4
sonxeber.az

1Mənbələr