Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ötən ilin dekabrın 25-də AZAL-ın təyyarəsinin Rusiyaya məxsus “Pansir” raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğraması ilə bağlı məsələdə bir sıra detallara diqqət çəkib.
Ekologiya.az xəbər verir ki, o, bu mövzuda bəzi cavabsız sualların olduğunu bildirib:
Sabiq nazir Moskvanın bir sıra məsələlərdən yayındığını deyib:
– Rusiyanın səhvən vurulan təyyarəyə görə üzr istəməsində problem nədir? Ölkə ərazisində hərbi əməliyyatların getdiyi bir şəraitdə səhv hərəkətlərin baş vermə ehtimalı çox yüksəkdir.
– Nə üçün strateji qarşılıqlı fəaliyyətin hərfinə və ruhuna uyğun olan münasibət faciəvi fəlakət üçün başsağlığı, rəğbət və üzr istəməyi ehtiva etməməlidir? Bir sıra Kremlyönümlü medianın şovinist reaksiyası qeyri-adekvatdır və qarşıdurma vəziyyətinin yaranmasına istiqamətlənib.
– Rusiya tərəfinin gərginliyi artırmasının əsl səbəbləri nədən ibarətdir?
– Niyə bizim tərəfimizdən bəzi insanlar münaqişənin qızışdırılması məntiqi ilə sinxron şərh verirlər (“axmaq – özünsən axmaq”).
– Niyə qarşı tərəfin öz məqsədlərinə uyğun olaraq başlatdığı münaqişə laqeyd münasibətlə qarşılanmır?
Mənim yalnız bir cavabım var:
Qaçdığınız döyüş – qalib döyüşdür!”