Misli Premyer Liqasında 22-ci tur davam edir.
QOL.az xəbr verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb. "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir. Bu görüş saat 16:00-da başlayacaq.
Komandalar arasında 1-ci dövrənin matçında "Araz-Naxçıvan" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin görüşündə isə Naxçıvan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Günün digər oyununda "Zirə" "Neftçi" ilə qarşılaşacaq.
Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur
10 fevral
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:0 (Birinci hissə)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
“Liv Bona Dea Arena”
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Zirə İdman Kompleksinin stadionu
11 fevral
19:00. “Qarabağ” – “Səbail”
9 fevral
“Şamaxı” – “Sumqayıt” - 1:0
“Sabah” – “Turan Tovuz” - 2:1
Bombardirlər:
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Leandro Anderade ("Qarabağ") - 7 qol
Pavol Şafranko ("Sabah") - 7 qol