Premyer Liqada XXII tur davam edir.
Sportinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gələcək.
Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək.
"Qartallar" 39 xalla üçüncü, "ağ-qaralar" 21 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ilk matçında isə "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da, saat 16:00-da başlayacaq.
Naxçıvan təmsilçisi 43 xalla ikinci, Gəncə klubu 17 xalla 9-cu pillədə qərarlaşıb.
Ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Liv Bona Dea Arena”
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu