AZ

“Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir” – Ərdoğan


“İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Malayziyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vasitələr axtarmalıdır”, - Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin, Qəzzada məscidlərin, kilsələrin, məktəblərin və universitetlərin bombalandığını və binaların demək olar ki, 80 faizinin dağıdıldığını bildirib.
“50 milyon tondan çox nəhəng dağıntıdan söhbət gedir. İsrail və Netanyahu hökuməti bu ağır nəticəyə görə məsuliyyət daşıyır. Onlar bu hesabı mütləq ödəməlidir”, - Ərdoğan bildirib.
Qeyd edək ki, yanvarın 19-da İsrail həbsxanalarında olan fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair əldə olunmuş razılaşma çərçivəsində İsrail və HƏMAS arasında atəşkəs rejimi qüvvəyə minib.
Seçilən
31
6
yeniavaz.com

10Mənbələr