1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Finlandiyanın "Nokia Corp." telekommunikasiya avadanlığı nəhənginin rəhbərliyində əhəmiyyətli dəyişikliklər gözlənilir. Belə ki, 2020-ci ildən şirkətin prezidenti və baş icraçı direktoru (CEO) vəzifəsində çalışan Pekka Lundmark direktorlar şurasına qurumdan gedəcəyini bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib.
Qeyd olunub ki, Lundmarkın səlahiyyətləri "Intel" korporasiyasında data mərkəzləri və süni intellekt istiqamətinin hazırkı rəhbəri Castin Otara veriləcək.
Rəhbərlik dəyişikliyi bu il aprelin 1-də baş tutacaq.
Məlumata görə, son üç il ərzində "Nokia"ya rəhbərlik edən Pekka Lundmark karyerasının növbəti mərhələsinə keçmək qərarına gəlib. 2025-ci ilin sonuna qədər Lundmark yeni CEO üçün məsləhətçi rolunda çıxış edərək.