AZ

MPL: "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında XXII tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun daha iki oyunu bu gün keçiriləcək.

Əvvəlcə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Azər Bağırov sabiq komandasını büdrətmək üçün yenidən cəhd göstərəcək. Hərçənd, əvvəlki iki cəhddə bu, mümkün olmayıb. Ümumiyyətlə, "Kəpəz" son 4 duelin hamısında "Araz-Naxçıvan"a uduzub. 

Günə "Zirə" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk "üçlük"də yerini möhkəmləndirmək üçün uduzmamağa köklənib. Bütün diqqətini kuboka yönəldən "Neftçi" isə qələbə qazanmaqla, çempionatın turnir cədvəlində 1 pillə irəliləyə - 6-cı yerə yüksələ bilər.

Qeyd edək ki, tura 11 fevralda yuken vurulacaq.

Misli Premyer Liqası
XXII tur
10 fevral

"Araz-Naxçıvan" – "Kəpəz" 0:0 (1-ci hissə)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Rauf Cabarov, Elşad Abdullayev
Hakim-inspektor: Zöhrab Qədiyev
"Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 21. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

19:00. "Zirə" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksi

Seçilən
1
fanat.az

1Mənbələr