Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində XIII turun oyunları keçirilib.
Turun mərkəzi matçında "Bakı" və "Azəryol" üz-üzə gəlib.
Qarşılaşma birincilərin qələbəsi ilə bitib - 28:26.
Qadınların yarışında isə XI turda "Qarabağ" - "Kür" görüşü baş tutub. "Qarabağ" Mingəçevir təmsilçisini minimal hesabla üstələyib - 23:22.