AZ

Zelenski sülh danışıqları ilə bağlı şərtlərini açıqladı



ABŞ və Avropa ölkələrinin respublikanı “tərk etməyəcəyinə” əmin olsam, Rusiya ilə münaqişənin istənilən formatda həlli üçün danışıqlara hazırab.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın İTV telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın münaqişəni tez həlli planı təkcə böhranı dayandırmamalı, həm də Ukraynanın bir daha “Rusiya təcavüzü” ilə üzləşməyəcəyini təmin etməlidir.

Siyasətçi onu da əlavə edib ki, Kiyev artıq nəticə verməyən sülh sazişləri və danışıqlar təcrübəsini təkrar etmək istəmir, bu isə o deməkdir ki, ölkə təhlükəsizlik zəmanətlərinin verilməsini gözləyir.

Ukrayna lideri münaqişənin dondurulmasının təcavüzün artmasına səbəb ola biləcəyini vurğulayıb.

“O zaman kim mükafatları alacaq və qalib kimi tarixə düşəcək? Heç kim. Bu, hamı üçün, həm bizim üçün də, həm də Tramp üçün mütləq məğlubiyyət olacaq”, - deyə Zelenski bildirib.

Lalə, BakuPost

Seçilən
8
bakupost.az

1Mənbələr