2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,8 faizi, kredit məbləğinin isə 93,4 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.
Fondun məlumatına görə, hesabat dövrində kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 95,4 faiz mikro, 3,3 faiz kiçik, 1,1 faiz orta sahibkarlıq subyektlərinin payına düşüb.
Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 66,8 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 16,4 faiz, orta sahibkarlıq subyektlərinin payı 10,2 faiz təşkil edib.
Xatırladaq ki, 2024-cü il ərzində 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.