2024-cü ilin sonuna qədər Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə artaraq 12 milyard dollar təşkil edib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məlumat verib.
Diplomatın sözlərinə görə, indiki rəqəmlər son göstəricilər deyil, çünki Avrasiya inteqrasiyasının potensialı yenicə üzə çıxır və getdikcə daha çox tərəfdaş dövlətlər ümumi ticarətə cəlb olunur.
Bir gün əvvəl Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko bildirib ki, sanksiyalara görə Rusiya ilə Serbiya arasında ticarət dövriyyəsi 2,4 milyard dollara düşüb.
Ötən həftə “RİA Novosti” Amerika statistik xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ABŞ və Rusiya arasında ticarətin həcmi ötən il 3,5 milyard dollara düşüb ki, bu da 1992-ci ildən bəri ən aşağı səviyyədir.
2024-cü ildə Rusiyadan ABŞ-a ixrac 3 milyard dollar, Amerikadan Rusiyaya tədarük isə 526 milyon dollara qədər azalıb.
QAZİLER.AZ