"Müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsini təmin etmək üçün Ukraynaya uzaqmənzilli silahlar verilməməlidir".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
NATO üzvlüyünə təhlükəsizlik zəmanəti kimi toxunan Şolts bildirib ki, indiki vəziyyətdə Ukraynanın NATO-ya üzvlüyü məqsədəuyğun deyil.
"Biz Ukraynaya güclü orduya sahib olmaqda kömək etməliyik. Onun iqtisadiyyatı müdafiə üçün lazım olan böyüklükdə ordunu maliyyələşdirə bilmir. Bu, bizim razılaşdığımız təhlükəsizlik zəmanətləri üçün vacibdir", - kansler qeyd edib.
Gülşən Şərif