AZ

Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü tədbirlərində iştirak edəcək

Çinin sədri Si Cinpin 9 may 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya gəlməyi planlaşdırır. Bunu fevralın 10-da “Rossiya-24” telekanalında çıxışı zamanı Rusiyanın Pekindəki səfiri İqor Morqulov deyib.

Onun sözlərinə görə, Si Cinpin Moskvaya gəlmək dəvətini qəbul edib, həmçinin Rusiya prezidenti Vladimir Putini Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş bayram tədbirləri üçün Çinə dəvət edib. Çin tərəfi hələlik Si Cinpinin Moskvaya səfəri ilə bağlı məlumatı şərh etməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya “çoxlu dövlət başçılarını” mayın 9-da Moskvaya dəvət edib. Slovakiyanın baş naziri Robert Fitso, Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas və Braziliya prezidenti Luiz İnasio Lula da Silva Moskvaya gəlməyi planlaşdırır.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
3
oxumeni.az

1Mənbələr