“Biz bütün enerji resurslarının, o cümlədən qazın tədarükünü artırmalıyıq və biz heç nəyi istisna edə bilmərik. Mən gələcəkdə özümü yalnız bir təchizatçının əlinə verməzdim. Qalanı siyasi məsələdir”,- “OMV” icraçı direktoruAzərbaycandan qazın Ukrayna ərazisindən tranzitini dəstəkləmək barədə sualın cavabında bildirib.
Bu arada, “Bloomberg” agentliyi soyuq hava səbəbindən anbarlardan götürülmələrin artması fonunda Avropada təbii qaz fyuçerslərinin qiymətlərinin 2023-cü ilin fevralından bəri ən yüksək həddə çatdığını yazıb.
![]() |
Avropa qaz qıtlığı ilə üzləşib |
“Bloomberg” bildirir ki, artan tələbat Avropada yeraltı qaz anbarlarında qaz ehtiyatlarının azalmasına səbəb olub. Onlar indi 2022-ci il enerji böhranından bəri ilin bu vaxtı üçün ən aşağı səviyyədədir - keçən il fevralda 67% dolu olduğu halda, indi bu rəqəm 49%-ə bərabərdir.
- Avropa İttifaqının (Aİ) qaz tədarükünün yaza qədər aşağı olacağı riski son həftələrdə artıb. Biz fyuçers qiymətlərinin təkcə qarşıdakı ay üçün deyil, həm də 2026-2027-ci illər üçün artımını görürük”, - “Global Risk Management” şirkətinin analitiki Arne Lomann Rasmussen qaz bazarındakı vəziyyəti şərh edib.
Sahil İsgəndərov
AzVision.az