Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası fevralın 14-də keçiriləcək.
Viral.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
Son Yazılar:
- Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI
- “Mən təmizəm, kim məni qınayırsa…” – Aysun efirdə ağladı
- Diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsi müəyyənləşdi
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi.
2. İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
3. Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
4. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi
5. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (ikinci oxunuş)
6. “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
7. Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
8. “Sosial sığorta haqqında” qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
9. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
10. Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
11. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
12. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
13. İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
14. Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
15. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)