Bakı, TurkicWorld
Egey dənizində Türkiyə vaxtı ilə saat 14 : 23-də 4,8 bal gücündə zəlzələ olub.
TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı bir maddi ziyan və ya insan itkisi qeydə alınmayıb. AFAD və digər aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir.