Rusiya Dövlət Dumasının deputatı və boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev Azərbaycana giriş qadağası ilə bağlı məsələyə münasibət bildirib.
Herbiand.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.
Rusiyalı deputat vəziyyətin həll olunacağına ümid etdiyini bildirib: “Heç bir mənası yoxdur. Mən onları heç bir şəkildə təhdid etməmişəm. “Rus Evi”nin bağlanması ilə bağlı öz fikrimi bildirmişəm və buna sadiq qalıram. Bu siyahıya daxil olandan sonra da Azərbaycanı dost ölkə hesab edirəm və ümid edirəm ki, bu, öz həllini tapacaq”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirlərinə görə Nikolay Valuyevin Azərbaycana girişinin qadağan edildiyini bildirib.
Bəxtiyar CƏFƏRLİ