Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Püsyan kəndi (Şərur rayonu) ərazisində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.
Yaralılar hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən xilas edilib.
Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
![](/uploads/posts/2025-02/eb6a75ef-3db0-37fa-87bc-3a52135e00c1_850_1.webp)