İtaliyanın “Montsa” komandasının baş məşqçisi Salvatore Boketti istefaya göndərilib.
Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı italiyalı mütəxəssisi bu postda həmyerlisi Alessandro Nesta əvəzləyib.
Komanda S.Bokettinin rəhbərliyi altında 7 oyunda 6 məğlubiyyət və 1 qələbə ilə yadda qalıb. O, ötən ilin dekabr ayından “Montsa”nı çalışdırırdı.