AZ

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN

Bakı, 10 fevral, AZƏRTAC

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat məbləğində təsdiq edilib

Həmin xərclərin maliyyələşmə mənbələri icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 milyard 571 milyon 690 min manat, icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 milyon manatdır.

Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Seçilən
13
25
azertag.az

10Mənbələr